Azərbaycan lüks əşyalara vergiləri nə üçün artırdı?
2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara, xəz-dəriyə, minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aksiz dərəcələri artırılacaq.
Bir çoxları hesab edir ki, hökumət büdcəni doldurmaq üçün bu addımı atır. Lakin bu tam doğru versiya deyil. İndiki vəziyyətdə belə artımlar ilə büdcəyə böyük məbləğdə vəsait toplamaq olmaz. Götürək avtomobil idxalını - əvvəlki illə müqayisədə 5 dəfədən çox azalıb. Vaxtilə ildə 100 min ədəddən çox avtomobilin idxal oluduğu Azərbaycana, bu ilin 11 ayında cəmi 4820 ədəd avtomobil idxal olub. Aksiz dərəcələrinin artırılması bu idxalın bir qədər də azalması ilə nəticələnə bilər. Əksinə, aksiz dərəcələrinin artması ilə büdcəyə bu yolla daxilolma bir qədər də azala bilər.
Bəs nə üçün aksizlər artırıldı? Bu sualın cavabı USD/AZN məzənnəsidir!
“Marja”nın məlumatına görə, hökumət idxalı azaltmaq üçün müxtəlif imkanlarından istifadə edir. Çünki idxal ölkədən dolların çıxmasının bir nömrəli səbəbkardır. Lüks əşyalara vergilərin artırılmasının səbəbi bu mallara tələbin azaldılmasına və nəticədə də idxalın azalmasına nail olmaqdır. Satışlar azaldığından xaricdən daha az avtomobil, qızıl, xəz dərilər və s. idxal oluncaq və ölkdən dollar çıxışı da azalacaqdır. Qısası, hökumət vergi siyasətilə də məzənnəyə təsir etməyə çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
26 d. əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
2 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək