Bank Respublika və Banklar Assosasiyası müsabiqə elan edir
® Bank Respublika və Azərbaycan Banklar Assosasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda “Ən yaxşı məqalə” və “Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.
Müsabiqənin keçirilməsində məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.
Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:
- Nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri;
- Nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır;
- Nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar;
- Nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi;
- Nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti
Müsabiqənin şərtləri haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini [email protected] ünvanına göndərə bilərlər.
Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
7 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl