Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İspaniyadan gətirilən meyvə ağacları əkilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İspaniyadan gətirilən meyvə ağacları əkilir

Azərbaycanın şimal rayonlarında İspaniyadan gətirilən badam, armud və nektarin tingləri əkilir.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Qubadakı təcrübə sahəsində əkilən yeni meyvə ağacları məhsuldarlığına görə yerli sortları 10-15 faiz üstələyir. Bununla yanaşı, İspaniyadan gətirilən meyvə tingləri xəstəliyə və ziyanvericilərə qarşı davamlılığı, məhsulunun uzun müddət saxlanıla bilməsi ilə də seçilir. Xaricidən gətirilən meyvələr arasında 17 növ nektarin, 10 növ armud var.

 

İki-üç ay ərzində tinglərin yerli şəraitə necə uyğunlaşması müəyyən olacaq. Yeni sortları artırmaqla təsərrüfatçıların meyvə tinglərinə tələbatını daxili imkanlar hesabına ödəmək mümkün olacaq.

 

Badam bağları isə Qusarda salınıb. Rayonda altı hektarda badam tingi əkilib. Yaxın günlərdə isə Şabran rayonunda 21 hektar sahədə müasir texnologiya əsasında badam bağları salınacaq.

 

© Azərtac

27.03.2017 11:30

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ