Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana 7 xarici ölkədən alıcı missiyaların səfəri gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana 7 xarici ölkədən alıcı missiyaların səfəri gözlənilir

Bu ilin oktyabrın 20-25-də Rusiya, Gürcüstan, Özbəkistan və İrandan Azərbaycana alıcı missiyaları gələcək.

 

Reklam_3_11

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

 

O vurğulayıb ki, alıcı missiyalara qida məhsulları sahədə fəaliyyət göstərən idxalçılar daxil olacaq.

 

"Bununla yanaşı, noyabrda Avropa ölkələrindən - Almaniya, Polşa, Xorvatiyadan alıcı missiyaların səfəri gözlənilir", - Y.Abdullayev bildirib.

 

Bu ilin sonunadək Rusiya, Çinə, BƏƏ-yə ixrac missiyaları təşkil ediləcək

 

Yusif Abdullayev əlavə edib ki, bu ilin sonuna qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Rusiya, Çinə, BƏƏ-yə ixrac missiyaları təşkil ediləcək.


Onun sözlərinə görə, sahibkarlardan müraciət daxil olarsa, ixrac missiyalarının sayı arta bilər.

 

Y.Abdullayev qeyd edib ki, ümumi 31 ixrac missiyası təşkil edilib.

 

"Bu ilin səkkiz ayında 3 mln ABŞ dollarından çox dəyərində müqavilələr bağlanıb",-  deyə o, əlavə edib.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) "İnvest in Azerbaijan" mexanizmlərinin qaydalarını da hazırlayır.

 

Yusif Abdullayevin sözlərinə görə, "İnvest in Azerbaijan" çərçivəsində Azərbaycanda fəaliyyət göstərən şirkətlərin xaricə missiyaların təşkili nəzərdə tutulur: "Mexanizm çərçivəsində Azərbaycanda qlobal forumun keçirilməsi planlaşdırılır. Fərdi qaydada investorların cəlb edilməsi məsələsi də bura daxildir. Azərbaycanda fəaliyyət göstərən şirkətlərin qlobal dəyər zəncirinin formalaşdırılması istiqamətində də işlər aparılacaq".

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Report"

26.09.2019 11:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ