“Zeytun” və “Avro Med” Nazirlikdən böyük məbləğli sifarişlər aldılar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi “Avro Med Company”, MMC, “Zeytun Pharmaceuticals” MMC, “3S Osteosintez” MMC, “Albatros Heltkeyr” MMC, “Labservis” LTD MMC, “M-Complex” MMC, “Müasir Tibbi Avadanlıqlar” MMC və “Tibbi Texnikasının Təmiri Zavodu” ASC ilə ümumi məbləği 27 milyon 635 min manat olan müqavilələr bağlayıb.

 

"Marja" satınalmalar portalına istinadən xəbər verir ki, “Zeytun Pharmaceuticals” MMC  ilə daha böyük 2 müqavilə bağlanıb.  

 

Mərkəz bu şirkətə “Müalicə-profilaktik müəssisələrin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostikada istifadə olunan tibbi vasitələrin və digər tibbi təyinatlı vasitələr və ləvazimatlar” müqaviləsi üzrə 8 milyon 915 min manat, “Müalicə-profilaktik müəssisələrin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr” müqaviləsi üzrə 5 milyon 312 min manat ödəyəcək (cəmi 14 milyon 227 min manat).

 

Digər böyük siafriş  “Avro Med Company MMC” yə verilib. Mərkəz bu şirkətə “Şəkərli diabet və 2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Dövlət və Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr” üçün 8 milyon 128 min manat ödəyəcək.

 

“Labservis LTD” MMC-dən 2 milyon 896 min manat dəyərində, “M-Complex” MMC-dən 1 milyon 160 min manat dəyərində, “3S Osteosintez” MMC-dən 503 min 146 manat dəyərində, “Müasir Tibbi Avadanlıqlar” MMC-dən 390 min 296 manat dəyərində,  “Albatros Heltkeyr” MMC-dən isə174 min 444 manat dəyərində tibbi Texnikasının Təmiri Zavodu” ASC-dən isə 155 min 760 manat dəyərində diaqnostikada istifadə olunan tibbi vasitələr və digər tibbi təyinatlı vasitələr və ləvazimatlar  alınır.

26 Sentyabr 2019 , 14:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin