Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azercell" növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell" növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom biznes aləmində nüfuzlu sayılan Beynəlxalq “Stevie” mükafatına layiq görülüb.

 

Reklam_3_11

2018-ci ilin nəticələri və nailiyyətləri üzrə münsiflər heyətinin apardığı dəyərləndirmə nəticəsində Azercell növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” nominasiyasında Bürünc “Stevie” mükafatı qazanıb. Şirkətin respublika boyu şəbəkənin gücləndirilməsi və genişləndirilməsi istiqamətində uğurla tamamladığı böyükmiqyaslı layihələri, ölkənin telekommunikasiya sahəsinin inkişafına verdiyi töhfəsi, sərgilədiyi nümunəvi müştəri xidmətləri,  innovativ həllər və məhsullar bazası, eləcə də  həyata keçirdiyi sosial təşəbbüsləri bu mükafatı qazanmasına vəsilə olub.

 

Xatırladaq ki, uğurlu fəaliyyətinin nəticəsi olaraq Azercell 2018-ci ili 49 % bazar payı ilə lider mövqedə başa vurub.  Şirkət bu müddət ərzində daha 30 bölgədə 800-dən artıq 4G stansiyası qurub. Beləliklə də, Azercell-in 4G istifadəçilərinin sayı 1 milyonu keçib, internet istifadəsi isə 2017-ci il ilə müqayisədə 13 petabayta çatıb. Təkcə 2018-ci ildə Azercell-in ölkənin telekommunikasiya sahəsinin inkişafına yatırdığı sərmayənin dəyəri 59,5 milyon ABŞ dolları təşkil edib.

 

Məlumat üçün bildirək ki, 2002-ci ildə təsis olunmuş “Stevie” mükafatının dəyərləndirmə prosesinə iş adamlarının, biznes sahəsində aparıcı mövqedə çalışan şəxslərin və təlimçilərin də yer aldığı 1000-ə yaxın mütəxəssis cəlb olunur. “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.

26.09.2019 12:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ