Məşhur mağaza ittiham edilir, mağaza rəqibindən şübhələnir

Bakının mərkəzində yerləşən tanınmış "Royal" musiqi alətləri mağazası dələduzluqda ittiham edilir.

 

Məlumata görə, "Facebook" istifadəçisi olan şikayətçi mağazada satıcıların müştəriləri aldatdıqlarını bildirir:

 

“Mənə məşhur, orijinal Almaniya istehsalı kimi təqdim etdikləri "Johannes Sailer" pianosu tər-təmiz Çin məhsulu imiş. Eyni zamanda, həqiqətən, Almaniyanın məşhur "Sailer" brendinin markasının adından istifadə edirmişlər. ABŞ istehsalı dedikləri "Kohler and Campbell" pianosu, Koreya mənşəli "Samick" firmasının İndoneziya zavodlarından çıxmış məhsuldur. "Ritmüller" və "Kayserburg" da Çin istehsalı imiş. Məsələ Çin və ya başqa ölkələrin mallarına yuxarıdan aşağı baxmağımda deyil. Ancaq bu mağaza açıq-aşkar Çin malına Almaniya, ABŞ məhsulu adı qoyur. Pianino 200-300 manatlıq bir şey deyil, 5-15 min, hətta 30 min manatlıq məbləğdən söhbət gedir”.

 

Məsələ ilə bağlı mağazadan bildirilib ki, hazırda pianino bazarında böyük rəqabət var: “Mən əmin edirəm ki, bu, rəqib mağazanın sifarişli şikayətidir. Şikayəti olan şəxs birinci mağazaya yaxınlaşıb narazlığını bildirərdi. Biz də ona sənədi-sübutu təqdim edərdik. Son bir ildə və ondan əvvəl bizə belə mövzuda şikayət edən olmayıb. Əminliklə deyirəm ki, bu, qərəzli bir şikayətdir”. 

 

© “Report”

26 Sentyabr 2019 , 14:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin