Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanlı milyarderin Göyçaydakı şirkəti növbədənkənar yığıncaq keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı milyarderin Göyçaydakı şirkəti növbədənkənar yığıncaq keçirəcək

28 oktyabr 2019-cu il tarixində Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

 

“Marja” xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

 

1.Teymur Əhmədov adına “AzNar” QSC-nin 2018-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi haqqında.

 

2.Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının ümumi yığıncağı haqqında əsasnamə barədə.

 

3.Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası haqqında əsasnamə barədə.

 

4.Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanı haqqında əsasnamə barədə.

 

5.Teymur Əhmədov adına “AzNar” QSC-nin təsisçiliyi ilə yaradılmış hüquqi şəxs “Kənd” MMC barədə.

 

6.Teymur Əhmədov adına “AzNar” QSC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi haqqında.

 

7.Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası haqqında.

 

 “AZNAR” QSC-nin 2018-ci il üzrə illik hesabatında qeyd edilmişdi ki, QSC 2018-ci il üzrə 19 min 795 manat məbləğdə dividend elan edib.

 

Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur. 

 

Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.

27.09.2019 05:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ