SOCAR-ın tərəfdaşı Ukraynanın baş nazirinə müraciət edib
"Ukrnafta" dövlət neft şirkəti Ukraynanın baş naziri Vladimir Qroysmana müraciət edib.
Məktub yerli mətbuat tərəfindən dərc olunub.
Müraciətə əsasən, şirkət baş nazirdən tez bir zamanda xam neft və qaz kondensatının satışı üzrə hərracların keçirilməsi qaydalarının dəyişdirilməsini və beynəlxalq treyderlərin iştirakına, habelə hasil olunan neftin ixracına icazənin verilməsini tələb edir.
Məktubda deyilir ki, 2017-ci ilin martından etibarən ölkədə fəaliyyət göstərən və Kremençuqda yerləşən yeganə neft emalı zavodu "Euro-5" ekoloji standartlarına cavab verən neft məhsullarının istehsalına başlayıb. Bunun üçün də müəssisə Azərbaycandan neft idxalını bərpa edib, nəticədə "Ukrnafta" öz neftini sata bilmir.
"Neft satışları ilə bağlı keçirilən son 3 hərrac baş tutmayıb. Buna baxmayaraq, biz yeraltı sərvətlərdən istifadə etdiyimiz üçün dövlət büdcəsinə külli miqdarda vergi ödəyirik. Nəticədə şirkətin böyük həcmdə neft və qaz kondensatı qalıqları yaranıb. Hazırda hərraclarda satıla biləcək neft və kondensatın cari qiyməti 2,5 mlrd. qrivna təşkil edir", deyə məktubda bildirilir.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
16 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 18 saat əvvəl
-
19 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
19 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
22 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
22 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl