Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Aran bölgəsinin ən keyfiyyətli balı...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aran bölgəsinin ən keyfiyyətli balı...

Əslən Laçın rayonundan olan Marks Vəliyev Ağcabədi rayonunun Taxtakörpü ərazisində yaşayır. 

 

Marks Vəliyevin təsərrüfatında hazırda 100-ə yaxın arı ailəsi var. Arıları payız-qış mövsümündə Ağcabədinin Taxtakörpü ərazisində, yazda Beyləqan rayonunda, yay aylarında isə dağda saxlayır. Arılar aran bölgəsində olarkən əsasən iydə, akasiya, biyan, süpürgə, qanqal, yonca kimi bitkilərdən, yaylaqlarda isə cökə və dağ çiçəklərindən bal toplayır.

 

Arıçı deyir ki, aran balının kalorisi və şəkərliliyi çox olur və daha tez xarlayır. Xüsusən də yağtikanı və süpürgənin balı daha tez xarlayan olur. Dağ bitkilərindən toplanan bal isə gec xarlayır. Aran bölgəsinin ən keyfiyyətli balı akasiya və biyandan yığılmış bal hesab edilir. Akasiya və biyan balının həm də müalicəvi əhəmiyyəti yüksəkdir. Dağ ballarından isə cökə balı daha müalicəvidir.

 

Laçınlı arıçı hər il olduğu kimi, bu il də sentyabrın 28-dən oktyabrın 18-dək Bakı şəhərində keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında iştirak edəcəyini bildirib: "Bu il pətəklərdən 850 kiloqram bal, 10 kiloqram güləm, 2 kiloqramdan çox vələmum, 200 qram arı südü götürmüşük. Hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının satış yarmarkasında iştirak edirəm. Yarmarkanın təşkili biz arıçılar üçün olduqca əhəmiyyətlidir. Çünki məhsulumuzu tez bir vaxtda sata bilirik. Keçən il yarmarkaya çıxardığım 500 kiloqram balın hamısı satılmışdı. Bu il isə yarmarkaya 350 kiloqram bal çıxaracağam. Artıq məhsulumuz qəbul edilib və laboratoriya şəraitində yoxlanılıb. Bir neçə gündən sonra məhsulumuzu alıcılara təklif edəcəyik".

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac

27.09.2019 06:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ