Ən yuxarı statik reklam-3_3

Nazir: Bolqarıstan Azərbaycan qazından məhrum ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Bolqarıstan Azərbaycan qazından məhrum ola bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi 2020-ci ilədək başa çatmasa, Bolqarıstan Azərbaycanla qaz müqaviləsindən məhrum ola bilər.

 

Bunu Bolqarıstanın energetika naziri Nikolay Pavlov deyib.

 

Nazir öz müsahibəsində bildirib ki, Bolqarıstanın “Bulgargaz” şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə “Şahdəniz 2” yatağından ildə bir milyard kubmetr qazın tədarük olunması barədə müqaviləsi mövcuddur.

 

Nazir həmçinin vurğulayıb ki, Avropa Komissiyası tərəfindən 2009-cu ildə təqdim edilmiş 45 milyon avro dəyərində qrantın mənimsənilməsi hələ başlamayıb. Bununla belə, qrantın müddəti 2018-ci ildə başa çatır.

 

N.Pavlovun sözlərinə görə, texniki layihələndirmə ilə bağlı ləngimələr də narahatlığa səbəb yaradır. “Texniki layihələndirmə ötən ilin yanvarında Regional İnkişaf və İctimai İşlər Nazirliyi tərəfindən bir il müddətinə təsdiqlənib. Onun fəaliyyət müddəti bu ilin yanvarında başa çatıb.”

 

©Trend

27.03.2017 14:08

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ