"Hazırına nazir olub “Aztelekom”un şəbəkəsindən pul qazanmaq istəyirlər" - YENİLƏNİB

Sumqayıtda özəl provayderlərin İnternet bazarından kənarlaşdırıldığı, müştərilərin "Aztelekom"a keçirildiyi,  "Aztelekom"un İnternetinin isə çox keyfiyyətsiz olduğu barədə iddialara Sumqayıt Telekommunikasiya Qovşağı reaksiya verib.

 

HƏMÇİNİN OXU: Nömrələr dəyişdirilir, özəl provayderlər kənarlaşdırılır - SUMQAYIT DA İNTERNETDƏN ŞİKAYƏT EDİR

 

İdarədən “İnstagram” vasitəsilə “Marja”ya bildirilib ki, Sumqayıt ərazisində rekonstruksiya işləri aparılır: “Yəni istismara yararsız fiziki kabellər ləğv edilir yeni optik kabeller çəkilir və optik şkaflar quraşdırılır (qurumlardan torpaq yeri alınır və elektrik sayğaclar quraşdırılır). Bir sozlə yeni şəbəkə yaradılır. Özəl provayderlər də öz növbələrində öz şəbəkəsini yaratmalıdır ki, abunəçilərə internet versinlər. Şəbəkə yaratmaq onlara baha başa gəldiyi üçün bunu etmirlər. Hazırına nazir olub “Aztelekom”un şəbəkəsindən istifadə edib pul qazanmaq istəyirlər və problem olanda da, “bizlik deyil ATS-ə müraciət edin, xəttinizdə problem var” deyib abonentləri bizə yönəldirlər. Heç bir provayder kənarlaşdırılmır, sadəcə provayderlər rahat qazanc əldə etmək istəyirlər. “Aztelekom” dövlət qurumudur. Qiymətlər və tariflər Tarif şurasının müvafiq əmrinə əsasən təyin olunur.  İstənilən abunəçini dinləməyə və problemini operativ həll etməyə hazırıq”.

 

HƏMÇİNİN OXU: ““Aztelekom” inhisarçı deyil, provayderlər heç bir tədbir görməmişlər” – GƏNCƏDƏ İNTERNET PROBLEMİ

 

“CAVAB İLƏ RAZI DEYİLƏM”

 

Dünən Sumqayıt sakini Yaşar Zeynallı "Marja"ya bildirmişdi ki, Sumqayıtda şəhər telefon nömrələri məcbur dəyişdirilir, mövcud qoşulmuş olduqları "Alfanet", "Azeronline" bazardan kənarlaşdırılır və yalnız "Aztelekom"un İnternetindən istifadə edə biləcəkləri bildirilir. 

 

Yaşar Zeynallı Sumqayıt Telekommunikasiya Qovşağının cavabı ilə razılaşmır.

 

“Bugünkü “Aztelekom”un (Sumqayıt Telekommunikasiya Qovşağı) cavabı ilə bağlı xeyli suallarım yaranıb. Çox xahiş edirəm işıqlandırasınız, çünki “Aztelekom”un insanların harayına gələcək müştəri xidmətləri belə yoxdur. Heç olmazsa saytınız vasitəsi ilə cavab ala bilərik.

 

Suallar aşağıdakı kimidir:

 

1. Niyə “Aztelekom” hələ infrastrukruru qurub bitirməmiş, əhaliyə keyfiyyətli internetin verilməsini təmin etməmiş bizim heç bir xəbərimiz, xahişimiz olmadan şəhər nömrələrimizi dəyişdirir?

 

2. Niyə “Alfanet” provayderindən 20 manata 8 mbs sürətli keyfiyyətli internet aldığım halda (müqayisə üçün qeyd edim ki, “Azeronline”da 5 mbs sürəti, “Connect”də isə 12 mbs sürəti 20 manatdır. Bakıda fiber optik 36 mbs sürətli interneti 18 manata almaq mümkündür) mən  məcburən “Aztelekom”un eyni qiymətə "4 mbs" amma reallıqda 1.5-2 mbs bəzən daha az sürətli keyfiyyətsiz internet almağa məcbur edilirəm? 

 

3. Əgər infrastruktur problemi var idisə niyə “Alfanet” istifadə edən zaman bu qədər keyfiyətsiz internet almırdım?

 

4. Niyə əvvəlki nömrəmizdə olarkən istədiyimiz operatoru seçə bilirdik amma indi yox?

 

5. Niyə istehlakçı olaraq hüqüqlarımı və özəl internet provayderlərinin rəqabət hüquqlarını pozursuz? Ümumiyyətlə bunu etdiyinizin fərqindəsiniz?

 

6. Niyə tarif şurasından qiymətlərin endirilməsini tələb etmirsiz, axı bu qiymətlər bu gün bazarda sizə rəqabət imkanları vermir?

 

7. Heç nə vaxtsa interneti açıb orada verdiyiniz internetin keyfiyyəti haqqında şərhləri oxudunuzmu? Bu şərhlər barədə nəticə çıxardınızmı? (yazılan şərhlərin linki - https://goo.gl/maps/pK85iaj98uSdnx9F6)

 

Nəticə:

 

Bunun tək izahı var. “Aztelekom” başa düşür ki, bu keyfiyyətlə özəl provayderlər ilə bazarda rəqabət apara bilməyəcək, ona görə də, qəsəbə və kəndlərdəki həyət evlərində yaşayan yeni texnologiyalardan bixəbər əhalinin cibinə girməklə və onlara yalan vədlər verməklə özünə məcburi şəkildə müştəri bazası yaradır. Bu azmış kimi, hələ digər provayderlərin həmin ərazilərdə internet satışına da mane olur. Nə qədər qəribə səslənsə də bu, inhisarçılıqdır.

 

Mən bazarı araşdırmışam və çıxış yolu da tapmışam. Belə ki, daha keyfiyyətli internet üçün sərfəli qiymətə Azercell 4g (30 AZN, limitsiz,  orta sürət 30-50 mbs arası) və ya Sazz 3g kimi alternativlər var ortada...”

27 Sentyabr 2019 , 13:25   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin