Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Azərbaycanda marja ticarətinə dair qaydalar dəyişəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda marja ticarətinə dair qaydalar dəyişəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”a əlavə və dəyişikliklər ediləcək.

 

Reklam_3_11

Hazırda bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Kapital bazarına nəzarət Departamentinin, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin iştirakı ilə müzakirə olunur.

 

Dəyişikliklərdən sonra şirkətlərə marja ticarəti (foreks əməliyyatları) zamanı platforma seçmək, xarici maliyyə qurumlarından likvidlik əldə etmək kimi məsələlərdə sərbəstlik veriləcəyi gözlənilir. Eləcə də, Azərbaycanda qəbul edilmiş törəmə maliyyə alətlərinin siyahısına yenidən baxılacağı istisna edilmir.

 

Xatırladaq ki, Azərbaycanda hazırda qüvvədə olan marja ticarətinə dair qaydaları ötən ilin əvvəlində, o vaxtkı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (hazırda onun səlahiyyətləri MBNP-dədir) təsdiq edib. Bununla belə, yerli investisiya şirkətləri qaydalarda xeyli sayda çatışmazlıqların mövcud olması, onların qiymətli kağızlar bazarının tələblərinə tam cavab verməməsi qənaətindədir.

©Report

27.03.2017 14:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ