Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın Mərdəkan şöbəsi yeniləndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın Mərdəkan  şöbəsi yeniləndi

® Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrinin yenilənməsi, müştərilərə xidmətin müasir bankçılıq standartlarına uyğun qurulması prosesi davam etdirilir. 

 

Reklam_3_11

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq bankın Mərdəkan şöbəsinin binası da əsaslı təmir və yenidənqurmadan sonra müştərilərin istifadəsinə verilib.

 

Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsi - 8A ünvanında xidmət göstərir. Bankın vahid korporativ üslubuna uyğunlaşdırılaraq müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

 

Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsində kassa-hesablaşma əməliyyatları, pul köçürmələri, əmanətlər, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

 

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib: “Filial və şöbələrimizin yenilənməsi prosesi davam etdirilir. Yenilənmə tədbirləri bankın bir çox xidmət ofislərini də əhatə edəcək. Məqsədimiz müştərilərimiz üçün ən yüksək xidmət səviyyəsini təmin etmək, onların məmnunluğuna nail olmaqdır”.

27.09.2019 12:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ