Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Aqrar sahədə yeni jurnal işıq üzü görüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqrar sahədə yeni jurnal işıq üzü görüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar sahədə yeni jurnal işıq üzü görüb.

 

Jurnalın nəşrinə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) koordinasiya dəstəyi verir. Rüblük 5 min nüsxədə çap olunması nəzərdə tutulan "AQROSKOP" jurnalında aqrar sahə üzrə peşəkar mütəxəssislərin yazıları, araşdırma, təhlil və yeniliklər yer alıb.

 

“Məqsədimiz fermerləri maarifləndirmə və məlumatlandırma işində Kənd Təsərrüfatı Nazirliyinə kömək göstərmək istəyən şirkət və qurumları həvəsləndirməkdir. Aqrar sahədə fəaliyyət göstərən hər kəs bilməlidir ki, fermerin daha məlumatlı olması bu sahədə inkişafı sürətləndirir. Belə niyyətlə çıxış edən hər bir təşkilat bizim dəstəyimizə əmin ola bilər. İstər məlumat təminatında, istərsə də aqrar sahədə fəaliyyət göstərən ekspertlərlə əlaqələndirmədə biz böyük məmnuniyyətlə öz köməyimizi göstərəcəyik, – deyə "AQROSKOP"” jurnalının təqdimatında AKİA-nın sədri Mirzə Əliyev deyib.

 

Jurnalın baş redaktoru Sima Çələbi bildirib ki, onilliklər öncə sahənin monitorinqi aparılmadan əkin edərək, biçimdə əl arabası kimi alətlərdən istifadə olunurdu. Bu gün hər bir azərbaycanlı fermer kosmosdan çəkilən görüntülər, həmçinin PUA-lardan yararlana bilər.

 

“Bizim ali məqsədimiz sahəsinin öncül mütəxəssislərinin biliklərindən yararlanaraq, oxucuların rahatlıqla faydalana bilməsi üçün dəstək olmaqdır. Hədəfimiz-əsrlərə söykənən əkinçilik və heyvandarlıq tarixi olan bir xalq kimi zamanla ayaqlaşmaq yox, ondan öndə olmaqdır”, – deyə redaktor deyib.

 

Jurnalı Dövlət Aqrar İnkişaf Mərkəzlərindən əldə etmək olar.

http://agro-d.az/images/Kataloq_SON.pdf

 

27.09.2019 12:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ