Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın ən böyük özəl ixrac şirkətləri - REYTİNQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük özəl ixrac şirkətləri - REYTİNQ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayı təqdim olunub.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, “İxrac İcmalı”nın sentyabr sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

 

Bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC,  "Global Export Fruits" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Caspian enerji-2020" MMC,  "P-Aqro" MMC..

 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC,  "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, “Azəripək” MMC.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyeklərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurdular:

 

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Kapitan Fruits" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “Sun Food” MMC, İskəndərov Sahib Səməd oğlu.

 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edirdi. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurdular: "Detal Alüminium" MMC, "Azərenerji" ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azergold" QSC, "SOCAR Methanol" MMC, “CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

27.09.2019 14:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ