Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Peyklərimizdən əldə edilən gəlir artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peyklərimizdən əldə edilən gəlir artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayı təqdim olunub.

 

“İxrac İcmalı”nda xidmət ixracı ilə bağlı məlumat verilib ki, 2019-cu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 28 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən 15,3 milyon dollarlıq xidmət ixrac edilmişdi.

 

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

 

2019-cu ilin avqust ayında isə “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

27.09.2019 14:06

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ