Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Rəvan Sığorta” ASC tərəfindən Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasının keçirilməsi barədə - BİLDİRİŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rəvan Sığorta” ASC tərəfindən Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasının keçirilməsi barədə - BİLDİRİŞ

22.02.2018-ci il tarixdə saat 11:00-da “Rəvan Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.

 

Reklam_3_11

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 40. Gündəlikdə duran məsələ:

 

1.“Rəvan Sığorta”ASC-nin strukturuna dəyişiklik edilməsi məsələsinə münasibət;

 

2.“Rəvan Sığorta”ASC-nin “Maliyyə” Departamentinin müdiri-Baş mühasibi və İdarə Heyətinin üzvü Əliyev Fuad Famil oğlunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilməsi və əmək haqqısının 800 (səkkiz yüz) manat məbləğində müəyyən olunması məsələsinə münasibət;

 

3.“Rəvan Sığorta”ASC-nin “Satış və Marketinq” Departamentinin müdiri və İdarə Heyətinin üzvü Nuriyev Mail Nurəhməd oğlunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilməsi və əmək haqqısının 800 (səkkiz yüz) manat məbləğində müəyyən olunması məsələsinə münasibət;

 

4.“Rəvan Sığorta”ASC-nin mühasibi Rəhimov İlkin Sərvər oğlunun müvafiq attestasiyadan keçdikdən sonra “Maliyyə” Departamentinin müdiri-Baş mühasib vəzifəsinə təyin edilməsi və əmək haqqısının 600 (altı yüz) manat məbləğində müəyyən olunması məsələsinə münasibət;

 

5.“Rəvan Sığorta”ASC-nin “Daxili Audit” Xidmətinin rəhbəri Babayev Rafael Murad oğlunun əmək haqqısının 600 (altı yüz) manat məbləğində müəyyən olunması məsələsinə münasibət;

 

6.“Hüquq və İnsan Resurslarının İdarəedilməsi” Departamentinin ləğv edilərək “Məhkəməyə qədər və məhkəmə işləri” və “Məhkəmə qərarlarının icrası” şöbələrindən ibarət “Hüquq” Departamentinin və “İnsan Resurslarının İdarəedilməsi” Şöbəsinin yaradılması məsələsinə münasibət;

 

7. “Maliyyə” Departamentinin tərkibində “Mühasibatlıq” və “Xəzinədarlıq” Şöbələrinin yaradılması məsələsinə münasibət;

 

8.“Satış və Marketinq” Departamentinin ləğv edilərək “Fərdi satış” və “Korporativ satış” Şöbələrindən ibarət “Satış”Departamentinin və “Biznesin inkişafı və Marketinq” Şöbəsinin yaradılması məsələsinə münasibət;

 

 9.Ümumi Şöbə və Arxivizasiya ləğv edilərək, “Ümumi” Şöbənin yaradılması məsələsinə münasibət;

 

10.“Filial və nümayəndəliklərlə iş” Departamenti və “Aktuari” Xidmətinin yaradılması məsələsinə münasibət;

 

11.“İnzibati və İdarəetmə” Departamentinin ləğv edilməsi məsələsinə münasibət;

 

12.“Rəvan Sığorta”ASC-nin İdarə Heyəti sədrinin müavinləri arasında strukturda qeyd olunan nəzarət bölgüsünün aparılması məsələsinə münasibət.

 

Səhmdarların Ümumi Yığıncağının gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “Rəvan Sığorta” ASC-nin baş ofisinə müraciət edə bilərsiniz. Sənədlər üzrə məsul şəxs Sevda Məmmədova təyin edilmişdir.

 

Yaranan suallarla alaqədar olaraq, asağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]

19.01.2018 14:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ