Neftin ucuzlaşması davam edir

Dünya birjalarında neftin ucuzlaşması davam edir.

 

Bakı vaxtı ilə saat 17:45-ə olan məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,8% azalaraq 47,12 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,5% azalaraq 50,04 dollar olub.

 

Dünən "Baker Hughes" şirkəti bəyan edib ki, ötən həftə ərzində ABŞ-da quraşdırılan neft buruqlarının sayı 21 ədəd artaraq 652-yə çatıb. Bu isə 2015-ci ilin sentyabr ayının 11-dən etibarən ən yüksək göstəricidir.
 

Bununla yanaşı, ABŞ-da sutkalıq neft hasilatı 9,1 mln. barelə çatıb ki, bu da ötən ilin fevral ayında qeydə alınan rekord göstəriciyə bərabərdir.

27 Mart 2017 , 17:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin