Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Səfər Mehdiyev gömrük postunda tapşırıqlar verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səfər Mehdiyev gömrük postunda tapşırıqlar verib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanın İranla dövlət sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub.

 

Komitədən verilən məlumata görə, S.Mehdiyev Biləsuvar gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə məlumat verilib.

 

Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi üçün aparılacaq yenidənqurma işləri, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini verib.

 

Daha sonra S.Mehdiyev Biləsuvar gömrük postunda yeni quraşdırılan "Body scan" (B-scan) markalı texniki nəzarət vasitəsinə baxış keçirib, bu avadanlığın iş prinsipi ilə tanış olub.

27.09.2019 16:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ