Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir

Bu gün Zaqatala rayonunda II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı işə başlayıb.

 

Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşan festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

 

Festival Sentyabrın 30-dək davam edəcək.

 

Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında baş tutan rəsmi açılış mərasimindən sonra festival iştirakçıları fındıq, qoz və şabalıddan hazırlanmış əl işləri, rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxır, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olurlar 

 

Meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdirilir. Festivalda fındıq, qoz və şabalıdla bağlı müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq. 

 

Zaqatala Bölgə Təcrübə Stansiyasının “Pərzivan” ərazisindəki fındıq bağına və “Karaca fındıq” MMC-nin fındıq emalı zavoduna baxış da keçiriləcək.

 

Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçiriləcək.

 

Sonuncu – üçüncü gün qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq.

28 Sentyabr 2019 , 10:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin