Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Bloomberg": Avro ilə dollar bərabərləşə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bloomberg": Avro ilə dollar bərabərləşə bilər

 

 Fransada keçiriləcək prezident seçkilərində "Milli cəbhə"nin lideri Marin Le Pen qalib gələcəyi təqdirdə vahid Avropa valyutası ucuzlaşa bilər.  "Bloomberg" agentliyinə görə, belə olacağı halda avro ilə dolların məzənnəsi bərabərləşə bilər.

 

Agentliyin 38 iqtisadçı arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, onlardan 23-ü avronun dollarla məzənnəsinin bərabərləşəcəyini və hətta daha aşağı düşəcəyini ehtimal edir. Ekspertlərdən 12-si məzənnənin 1,00-1,05 USD/EUR diapazonunda qalacağını proqnozlaşdırır.

 

Fransanın "Banque Pictet & Cie" bankının iqtisadçısı Frederik Dyukrozeyə görə, maliyyə bazarlarının reaksiyası seçkinin bu cür nəticələnməsinə çox sərt olacaq: "Belə ki, onlar avrodan imtina ssenarisinin baş tutacağına inanmırlar".

 

Xatırladaq ki, bugünkü çıxışında M.Le Pen "Avropa İttifaqı yox olacaq. Çünki insanlar artıq onu istəmirlər. Özündənrazı imperiyalar ölümə məhkumdur", - deyib.

 

Aprel-may aylarında baş tutacaq seçkilərdə qalib gələcəyi təqdirdə Le Pen avrodan imtina üçün referendum keçirəcəyini bildirib.

 

Qeyd edək ki, sonuncu dəfə avro ilə dolların məzənnəsi 2002-ci ildə bərabər olub.

 

©Report

27.03.2017 15:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ