Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni Mitsubishi L200 pikapının satışları başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni Mitsubishi L200 pikapının satışları başlayır

(®) Mitsubishi-nin Azərbaycandakı rəsmi distribüteri yeni Mitsubishi L200-ün satışlarına start verir. 

 

Ölkəmizdə etibarlılığına və dözümlülüyünə görə həmişə birinci sırada olan, çətin tapşırıqlar və böyük yüklər üçün ilk ağıla gələn pikap indi daha funksional, daha möhkəm və daha gözoxşayandır.

 

Yeni Mitsubishi L200 komfort və praktiklik baxımından təkmilləşərək sinfindəki mövqeyini daha da möhkəmlədib. Pikapın geniş yük yeri tək istifadə rahatlığı ilə yox, həm də dizaynı ilə özünü göstərir. Lakin siz böyük yükləri daşıyarkən salon komfortundan güzəştə getməli olmursunuz. İnteryerin dinamik formaları və LCD multi-informativ displey ilə relyefli mərkəzi paneli, yüksək kontrastlı sayğacları keyfiyyətli, yumşaq örtüklə birləşərək lüks abhava yaradır. Sinfində lider kabin uzunluğu və erqonomik oturacaqlar səfərlərinizin rahat keçməsini  təmin edir, səs izolyasiyası və vibrasiya boğucu material isə yükünüz və yolunuz necə olur olsun, salondakı dincliyinizi qoruyur. Yeni L200-ün güc təchizatı və intellektual təhlükəsizlik sistemləri bu üstünlükləri tamamlayacaq şəkildə hazırlanıb. Yeni 2.4L turbo-dizel mühərrik, düz yoldan kələ-kötür yollara asanlıqla keçmək imkanı verən 4WD EASY SELECT funksiyası, sinfində lider 5.9 m dönmə radiusu hər şəraitdə idarəetməyə nəzarəti əldən verməməyə kömək edəcək.

 

Yeni Mitusbishi L200 pikapı barədə ətraflı məlumat əldə etmək üçün Mitsubishi-nin Azərbaycandakı rəsmi distribüteri ilə əlaqə saxlaya bilərsiniz.

 

Mitsubishi Avtomobil Mərkəzi

Bakı-Sumqayıt şossesi 6-cı km

(012) 349 00 06 / https://www.mitsubishi-motors.az/auto/l200


28.09.2019 13:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ