Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu həftə qlobal bazarlarda gündəm

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu həftə qlobal bazarlarda gündəm
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftə qlobal bazarlara ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi və Fed rəsmilərinin çıxışları damğa vuracaq.
 

"Marja" xəbər verir ki, Başda Fed sədri Cerom Pauell olmaqla Fed rəsmilərinin çıxışları bankın növbəti addımına dair ipucu verə bilər.
 

Reklam_3_11

Pauellin Cümə günü Vaşinqtondakı bir tədbirdə çıxışı gözlənilir. Fed üzvləri Lael Brainard və Rendal Quarlesin də burada çıxış etməsi gözlənilir.
 

Ticarət siyasətlərində qeyri-müəyyənlik, aşağı inflyasiya və qlobal iqtisadiyyatda ləngimə davam edərkən Fed-in siyasətində zəifləmənin (yumuşalmanın) davam edib etməyəcəyi maraq mövzusudur. ABŞ Mərkəzi Bankı son iclasında faiz endirmiş, beləliklə, bu il iki faiz endirimi etmiş, açıqlamasında məşğulluq bazarının güclü və iqtisadi fəallığın mülayim olduğuna vurğu etmişdi.
 

Çikaqo Fed sədri Charles Evans, Fed-in İdarə Heyətinin üzvü Michelle Bowman, Nyu York Fed sədri John Williams və Sankt-Luis Fed sədri James Bullard-ın da bu həftə çıxış etməsi gözlənilir.
 

Yenə həftə ərzində Avstraliya, Hindistan və Polşa mərkəzi banklarının faiz qərarları açıqlanacaq.
 

MƏŞĞULLUQ GÖSTƏRİCİSİ
 

Cümə günü Sentyabr ayına dair ABŞ-ın kənd təsərrüfatı xaric məşğulluq rəqəmi açıqlanacaq. Məşğulluğun 140 min artması gözlənilir. Avqustda məşğulluq 130 minlə 3 ayın ən aşağı artımını qeyd etmişdi.
 

İqtisadçılar məşğulluğun əvvəlki illərdə olduğu kimi, aylıq 200 min deyil, 150 min ətrafında artmaqda davam edəcəyini, iqtisadiyyatın uçurumdan aşağı düşməsə də zəif artım dövrünə girəcəyini söyləyirlər. Fed-in Dekabr ayında və 2020-nin ilk aylarında faiz azaldacağı ehtimal edilir.

30.09.2019 05:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ