Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Daha iki gömrük-sərhəd buraxılış məntəqəsi 24 saat fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha iki gömrük-sərhəd buraxılış məntəqəsi 24 saat fəaliyyət göstərəcək

Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən daha iki gömrük-sərhəd buraxılış məntəqəsi 24 saat fəaliyyət göstərəcək


 

Respublika ərazisindən piyadaların, minik, yük nəqliyyat vasitələrinin, eləcə də sərnişin avtobuslarının müxtəlif istiqamətlər üzrə hərəkətinin həyata keçirildiyi əsas gömrük postlarının sutkalıq iş rejimində fəaliyyəti artıq təşkil edilib.

 

Bunu müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Postlarına Nəzarət Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib.

 

Onun sözlərinə görə, 24 saatlıq iş rejimində fəaliyyət göstərməyən gömrük postları Şimal Ərazi Baş Gömrük İdarəsinin tabeliyində “Şirvanlı” və “Zuxul”, Cənub Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan “Horadiz”, Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan “Muğanlı” və “Sadıxlı” gömrük postlarıdır:

 

“Bütün gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətini 24 saatlıq iş rejimində təşkil etmək mümkündür və bunun üçün maddi texniki bazamız kifayət qədərdir. Lakin gömrük-sərhəd buraxılış məntəqəsinin sutkalıq iş rejimində fəaliyyətini təmin etmək müqabil ölkə ilə qarşılıqlı qaydada razılaşdırılmalıdır və sözsüz ki, bu işdə bir neçə amillər nəzərə alınmalıdır”.

 

Ş. Ələsgərov bildirib ki, bunlardan əsasları postun 24 saat fəaliyyət göstərməsində ehtiyyacın zəruriliyi, iqtisadi səmərəliliyi, qarşılıqlı infrastruktur imkanları və müqabil tərəflərin iradəsi və səyindən ibarətdir:

 

“Qeyd etmək istərdim ki, bu yaxınlarda Rusiya Federasiyasının Şimal Qafqaz Gömrük İdarəsi ilə birgə əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Dərbənd şəhərində təşkil edilmiş görüşdə iştirak etdik və qeyd olunan görüşdə həmsərhəd ölkənin gömrük postlarından mallların və nəqliyyat vasitələrinin sürətli keçidi ilə əlaqədar fəaliyyətin koordinasiya edilməsi, eyni zamanda “Şirvanlı” və “Xanoba” gömrük-sərhəd buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin buraxılış qabiliyyətinin artırılması üzrə müzakirələr aparılıb həmçinin bununla əlaqədar fəaliyyət planı da təsdiq olunma mərhələsindədir”.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “Report”

30.09.2019 09:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ