Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“İnvestAZ”dan daha bir mütərəqqi addım – HƏR GÜN AÇIQLAYACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnvestAZ”dan daha bir mütərəqqi addım – HƏR GÜN AÇIQLAYACAQ

“İnvestAZ İnvestisiya Şirkəti” QSC bugündən etibarən öz veb-səhifəsində keçirdiyi bütün əməliyyatlar üzrə əqdlərin həcmini açıqlayır.

 

Reklam_3_11

“İnvestAZ İnvestisiya Şirkəti”ndən “Marja”ya verilən məlumata görə, Şirkət, Azərbaycan kapital bazarında şəffaflığın artırılmasına dəstək olaraq bugündən etibarən bütün bazar seqmentləri üzrə keçirdiyi əməliyyatlar haqqında öz veb-səhifəsində məlumatları açıqlamaq qərarı verib.

 

Bununla da müştərilər və ictimaiyyət, Şirkətin keçirdiyi əməliyyatlar üzrə tam məlumata sahib ola biləcəklər.

 

“İnvestAZ”ın məlumatında qeyd edilib ki, veb-səhifədə Şirkətin aylar üzrə əməliyyat keçirdiyi bütün alətlər - dövlət istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqrazlar, səhmlər, törəmə maliyyə alətləri (TMA) üzrə birja əməliyyatları və TMA müştəri əməliyyatlarının həcmləri haqqında məlumatlar əks olunur. O cümlədən, cari ay üzrə açıqlanan məlumatlar Şirkət tərəfindən gündəlik yenilənir və həmin ay üzrə kumulyativ əks olunur. Veb-səhifədə dərc olunan TMA birja əməliyyatları seqmenti “İnvestAZ” şirkətinin törəmə maliyyə alətləri üzrə Bakı Fond Birjasında Market Meyker əməliyyatlarının ümumi həcmi, TMA müştəri əməliyyatları seqmenti isə Şirkətin Törəmə Maliyyə Alətləri bazarında birbaşa müştəriləri ilə apardığı əqdlərin ümumi həcmi kimi başa düşülməlidir.

 

Qeyd edək ki, 1 ay öncə Bakı Fond Birjası öz səhifəsində və ümumi açıqladığı Birja əməliyyatlarının həcmi barədə məlumatda Törəmə Maliyyə Alətləri üzrə statistikanı çıxarmışdı. Bakı Fond Birjası bunu beynəlxalq təcrübənin tətbiqi ilə əlaqələndirmişdi.

 

Veb-səhifəyə buradan daxil ola bilərsiniz: https://www.investaz.az/emeliyyat-hecmleri

 

 

30.09.2019 09:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ