Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta”nın yığımları kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta”nın  yığımları kəskin artıb

“Qala Sığorta” 2019-cu ilin yanvar-avqust ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “Marja”ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin 8 ayı ərzində “Qala Sığorta” şirkəti tərəfindən 15 495 832 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 6 061 875 manat və ya 64,2% çox olub.

 

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 2 091 937 manat sığorta ödənişi verilib ki, bu da ötən ilin yanvar-avqsut dövrünün göstəricisi ilə müqayisədə 1 171 398 manat və ya təxminən 2,2 dəfə çoxdur.  

 

Qeyd edək ki, son bir il ərzində “Qala Sığorta” şirkəti bazarda öz mövqeyini daha da gücləndirib. Belə ki, son bir il ərzində şirkətin bazar payı 1,5% bəndi artaraq 3,3%-dək artıb.    

 

Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

30.09.2019 10:52

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ