İstanbulda otellərdə doluluq nisbəti 47.2%-ə düşüb

Türkiyə Mehmanxanalar Birliyi (TÜROB), İstanbulda qonaqlama qiymətlərinin düşdüyünü açıqlayıb.

 

"Marja" TÜROB-un  məlumatlarına istinadən xəbər verir ki, İstanbulda orta hesabla günlük otaq qiyməti 2 aylıq dövrdə 25 faiz geriləyərək 68,1 avroya enib. 3 il əvvələ qədər İstanbulda 5 ulduzlu otellərdə orta qiymət 200 avroya yaxınlaşırdı.
 

İstanbulda otellərin doluluq nisbəti də düşür. Fevral 2016-da 47,6 faiz olan doluluq nisbəti, Fevral 2017-də 0,7 faiz azalma ilə 47,2 faiz olub.


Türkiyədə otellərin doluluq nisbəti 50,5%-dir.

 

TÜROB Sədri Timur Bayındır, artıq İstanbulun turizmində xüsusi formuların tətbiq edilməsinin lazım olduğuna diqqəti çəkərək, əks halda 2017-ci ildə də itki olacağını vurğulayıb. İstanbulun turizm çətinliyini ən çox hiss edən şəhər olduğunu dilə gətirən Timur Bayındır, qiymətlərin çox düşdüyünü qeyd edib.
 
Timur Bayındır, "Qiymətlər bu qədər düşərkən, turist azlığı problemi də sektora mənfi təsir göstərir"- deyə bildirib.

28 Mart 2017 , 07:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin