Fed/Evans: Bu il 2-3 dəfə faiz artırıla bilər
ABŞ Mərkəzi Bankı Fed-in Çikaqo şöbəsinin sədri Çarlz Evans, Bazar ertəsi günü etdiyi çıxışında Fed-in 2017-ci il ərzində 2-3 dəfə faiz artırmasının məqsədəuyğun olduğunu bildirib.
"Marja" xəbər verir ki, Evans, inflyasiyanın yüksəlməsi vəziyyətində Fed-in sürətli hərəkətə keçə biləcəyini deyib və işlər həqiqətən yolunda gedərsə 2017-ci ildə 4 dəfə faiz artırılmasının mümkün olduğunu bildirib.
Çikaqo Fed sədri, Mart ayında faizin artırılmasının tamamilə qəbuledilən olduğu fikirindədir. İqtisadi göstəricilərin faiz artırmağı dəstəkləyən xarakterdə olması vəziyyətində Federal Açıq Bazar Komitəsinin May ayında faizi artıra biləcəyini deyib.
Bu il üçün 2.5%-lik iqtisadi artım nəzərdə tutan Evans, baza inflyasiyanın 2019-ci ilə qədər 2 faiz hədəfinə çata bilməyəcəyini düşünür. Bununla yanaşı, Evans, inflyasiyanın Fed-in qoyduğu hədəfə doğru irəlilədiyini qeyd edib və ABŞ-da tam məşğulluğun mümkün olduğunu deyib. Çikaqo Fed sədrinə görə, ABŞ-da əmək bazarının təməli çox möhkəmdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
11 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
12 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
12 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 12 saat əvvəl