Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Türkiyə arasında gömrük sənədlərinin elektron imzalanaraq göndərilməsini mümkün olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Türkiyə arasında gömrük sənədlərinin elektron imzalanaraq göndərilməsini mümkün olacaq

Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması müzakirə edilib


 

Reklam_3_11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, nümayəndə heyəti Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi, İnformasiya Texnologiyaları və Rabitə Agentliyi və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında görüşlər keçirib. Texniki məsələlər və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər müzakirə olunub. Görüşlərdə elektron imzanın tətbiqi, həmçinin ölkələrin bu infrastrukturu qarşılıqlı tanıması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Elektron imza sisteminin qarşılıqlı tanınması Azərbaycan və Türkiyə arasında gömrük sahəsində bütün sənədlərin elektron formada imzalanaraq göndərilməsini mümkün edəcək. Bu da keçid məntəqələrində növbələrin azalmasına, sənədlərin saxtalaşdırılması riskinin aradan qaldırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə imkan verəcək.

 

Qeyd edək ki, hazırda Türkiyə ilə paralel olaraq Avropa ölkələri ilə elektron imzaların qarşılıqlı tanınması istiqamətində işlər aparılır.

 

Nümayəndə heyəti, həmçinin İstanbul Konqress mərkəzində keçirilmiş Beynəlxalq Blokçeyn konfransında iştirak edib.

 

Konfransın builki mövzusu “Rəqəmsal ID” olub. İştirakçılar “E-ID”-nin blokçeyn texnologiyasında tətbiqini müzakirə edərək, bu texnologiyanın insanların həyatını necə dəyişdirə biləcəyi, eləcə də iqtisadiyyatın rəqəmsallaşması prosesinə təsiri haqqında danışıblar.

30.09.2019 13:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ