Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Palata bank sektorunun yeni icmal göstəricilərini açıqladı - CƏDVƏLLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bank sektorunun yeni icmal göstəricilərini açıqladı - CƏDVƏLLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı press-relizdə bildirilir ki, 31 avqust 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 milyard 269 milyon 1 min manat, cəmi öhdəlikləri isə 25 milyard 655 milyon 5 min manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 613 milyon 6 min manat olub.

 

Aktivlər

 

Avqust ayına sektorun aktivlərinin 44.7%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1.4% (184.1 milyon manat) artaraq 31 avqust 2019-cu il tarixinə 13 milyard 526 milyon 400 min manat təşkil edib. Kredit portfelinin 61.5%-ni biznes, 38.5%-ni isə istehlak kreditləri təşkil edir. Ay ərzində istehlak kreditləri 2.4%, biznes kreditləri isə 0.8% artıb. Aktivlərin 45.7%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.

 

Öhdəliklər

 

2019-cu ilin avqust ayında fiziki şəxslərin əmanətləri 8 milyard 456 milyon 900 min manat təşkil edib. Ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 1.5 % (79.7 milyon manat) artaraq 31 avqust 2019-cu il tarixinə 5 milyard 437 milyon 100 min manat olmuşdur. Əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 0.8% (24.8 milyon manat), milli valyutada isə 2.3% (54.9 milyon manat) artmışdır.

 

Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 0.3% (30.3 milyon manat) artaraq 10 milyard 603 milyon 400 min manata çatıb. Ay ərzində müddətli depozitlər 1.3% (32.2 milyon manat) artaraq 2 milyard 543 milyon manat təşkil etmişdir.

 

Kapital

 

Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, məcmu kapital 4 milyard 161 milyon 700 min manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 14.9% çoxdur. Balans kapitalı avqust ayı ərzində 0.7% (30.6  milyon manat) artaraq 4 milyard 613 milyon 600 min manat təşkil etmişdir.

 

Mənfəət və zərər

 

Avqust ayında bankların əməliyyat mənfəəti 17.3% (81.9 milyon manat) artaraq 554.3 milyon manat, xalis mənfəəti isə 13.8% (55.9 milyon manat) artaraq 462.1 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.5%, kreditlər üzrə faiz gəlirləri isə 14.3% artmışdır.

 

Maliyyə indikatorları

 

Avqust ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.7% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil etmişdir. Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi (30%) 1.9 dəfə üstələyir (56.9%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir;

 

Ümumi məlumatlar

 

Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 129, ATM-lərin sayı  2588 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım avqust ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin avqust ayında işçi sayı 1.5% (277 nəfər) artaraq 18 min 711 nəfər təşkil edib.

30.09.2019 14:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ