Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

130 milyard dollarlıq birləşməyə razılıq verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
130 milyard dollarlıq birləşməyə razılıq verildi

Avropa Birliyi (AB) Komissiyası, kimya sektorunda ABŞ-ın "Dow Chemical" və "DuPont" arasında 130 milyard dollarlıq birləşməyə şərti olaraq razılıq verib.


 
"Marja" xəbər verir ki, AB Komissiyasının Rəqabətdən Məsul üzvü Margrethe Vestager, Brüsseldə keçirdiyi mətbuat konfransında,  "Dow Chemical" və "DuPont" birləşməsinə şərti razılıq verildiyini açıqlayıb.
 


 Şirkətlərin, AB Komissiyasının rəqabət tələbləri üzrə öhdəlikləri olduğunu bildirən Vestager, birləşmənin Dupont-un pestisit (həşərat dərmanı) və Ar-Ge hissəsini satması şərtinə bağlı olduğunu deyib (Bu bölmələrini satdıqdan sonra birləşə bilər).
 


Vestager, xüsusilə həşərat dərman vasitələrinin fermer, istehlakçı və ətraf mühit üçün əhəmiyyətli olduğuna diqqəti çəkərək, "Pestisit sektorunda şirkətlərin daha etibarlı və ətraf mühitə zərərsiz məhsul inkişaf etdirmələri üçün rəqabət lazımdır. Bu qərarımızla,  Dow və DuPont birləşməsi qiymətlər, innovasiya və məhsul rəqabətinə zərər verməyəcək",- deyə bildirib.
 

 

28.03.2017 06:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ