Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avro "Almaniya xofu" ilə daha da ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro "Almaniya xofu" ilə daha da ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avro dollar qarşısında, Almaniyanın iqtisadi artım proqnozunun aşağı salınacağı qorxusu ilə ucuzlaşmaqda davam edib. 
 

"Marja" xəbər verir ki, "Reuters"in məsələ haqqında məlumata malik iki mənbəyə istinadən yaydığı xəbərində, aparıcı iqtisadi qurumların Almaniyanın 2019-cu il üzrə iqtisadi artım proqnozunu azaldacaqları bildirilib.  Xəbərin ardından avro dollar qarşısında 0.5 faiz düşərək 1.0886 səviyyəsinə qədər enib.
 

Reklam_3_11

Xəbərdə, Aprel ayında, 2019-cu ildə iqtisadi artımın 0.8 faiz olacağını ehtimal edən qurumların, bu proqnozu 0.5 faiz artıma endirdikləri qeyd edilib.
 

Xəbərə görə, təşkilatlar 2020-ci il üçün artım proqnozunu Aprel ayındakı 1.8%-dən 1.1%-ə endiriblər. 
 

Qurumların 2021-ci il üçün iqtisadi artım proqnozu isə 1.4 faizdir.
 

WH, DIW, Ifo, IfW və RWI-dən ibarət olan bu qurumlar proqnozlarını Çərşənbə günü açıqlayacaqlar.

 

Qeyd edək ki, Almaniyanın ixracı azaldığından ölkədə iqtisadi artım ləngiyir. Azalan ixrac sənaye istehsalının də düşməsinə səbəb olur. Qlobal iqtisadi artımın yavaşlaması və ticarət müharibələri Almaniyanın ixracına mənfi təsir edir. 

01.10.2019 05:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ