Azərbaycan uzaqmənzilli raketlər istehsal edəcək

"Bu il dövlət sifarişi proqramı artıqlaması ilə yerinə yetirilib".

 

Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.

 

Nazir qeyd edib ki, ötən ilin müvafiq dövri ilə müqayisədə bu il güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 1,6 dəfə, çeşidi 1,8 dəfə artıb.

 

O, yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər "Hava-Hava", Hava-Yer" tipli raketlərin istehsalı olduğunu bildirib: “Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq da əldə olunub”.

 

©APA

17 Dekabr 2017, 10:40   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]