VI Bakı Beynəlxalq Kitab Sərgisində “Xalq Əmanəti”nə böyük maraq
(®) Sentyabrın 27-29-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.
Bakı İdman Sarayında təşkil olunan ənənəvi sərgi-yarmarkada 23 ölkəni təmsil edən 100-dən artıq kitabxana, nəşriyyat və poliqrafiya müəssisələri iştirak etmiş, öz nəşrlərini sərgiləmiş və kitablarının satışını həyata keçirmişdir. Sərgi çərçivəsində çoxsaylı kitab təqdimatları, dəyirmi masalar, imza günləri, müzakirələr keçirilib.
Xalq Bank “Xalq Əmanəti” layihəsi ilə bu sərgiyə dördüncü dəfə qatılır. Layihə çərçivəsində nəşr olunan kitablardan ibarət ekspozisiya qonaqların böyük marağına səbəb olmuşdur. Xalq Bankın kitab guşəsini ziyarət edən yüzlərlə qonaq “Xalq Əmanəti” layihəsinin nəşrləri ilə tanış olmuş, bankın mədəni irsimizin qorunması işinə verdiyi töhfəni yüksək qiymətləndirmiş və kitablar haqda müsbət fikirlərini bildirmişlər.
Builki sərgidə “Xalq Əmanəti” layihəsi çərçivəsində 2010-cu ildən başlayaraq işıq üzü görən 18 nəşr təqdim olunub. Bunlar Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, eləcə də Ələkbər Rzaquliyev, Vəcihə Səmədova, Mahmud Tağıyev, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov və aprel döyüşlərində şəhid olan gənc heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət bədii albomlar; Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, Mirzə Şəfi Vazehin bütün əsərləri, “Aşıq Ədəbiyyatı Antologiyası” üçcildliyi, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
16 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl