Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Gürcüstan gömrükdə əməkdaşlıq üçün təkliflər paketi hazırlayıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gürcüstan gömrükdə əməkdaşlıq üçün təkliflər paketi hazırlayıb"

Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində üçtərəfli əməkdaşlıq olduqca vacibdir. Biz bu istiqamətdə müəyyən işlər görməliyik. Gürcüstan artıq təkliflər paketi hazırlayıb.

 

Bu sözləri Gürcüstanın Maliyyə naziri İvane Maçavariani söyləyib.

 

Nazir deyib ki, ölkələrimiz arasında üçtərəfli əməkdaşlığa, ilk növbədə, elektron qaydada məlumat mübadiləsindən başlanılmalıdır. Bu ən vacib məsələlərdən biridir. Bundan sonra nəqliyyat sənədlərinin uyğunlaşdırılması, logistik mərkəzlərin birgə rəqəmsal məlumat bazasının yaradılmasıılması lazımdır.

 

“Düşünürəm ki, bu məsələlərin həlli, gömrük prosedurlarının sadələşdirilməsinə gətirib çıxaracaq”, – deyə İ.Maçevariani vurğulayıb.

 

Nazir bildirib: “Gömrük sahəsində məhsuldar beynəlxalq və regional əməkdaşlıq ölkələrin iqtisadi rifahı, regional iqtisadi inteqrasiya və tranzit potensialının artırılması üçün mühüm əhəmiyyət kəsb edir”.

 

Onun sözlərinə görə, Gürcüstanın uğurlu beynəlxalq əməkdaşlığı nəticəsində qonşu ölkələrlə elektron informasiya mübadiləsi həyata keçirilir. Bu gömrük nəzarətinin effektivliyinin artırılması, sərhəd vasitəsilə yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin sadələşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

 

Nazir qeyd edib ki, bu barədə Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində yenilənmiş infrastrukturun rəsmi açılış mərasimində qarşı tərəflə bu barədə söhbət edib. Yaxın vaxtlarda isə Azərbaycan tərəfi ilə də məsələ ilə bağlı fikir mübadiləsi aparılacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac

01.10.2019 12:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ