Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Polşa və Latviyaya nar ixracına başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Polşa və Latviyaya nar ixracına başlayır

“Bu il Azərbaycanda nar istehsalında ötən illə müqayisədə 10-12% artım gözlənilir”.

 

Bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov deyib.

 

O bildirib ki, bu il ölkədə nar mövsümündə bolluq olub: “2018-ci ildə ölkədə 155 min ton nar istehsal edilibsə, bu il 10-12%-lik artım gözləyirik. İstehsalda artım isə öz növbəsində ixraca təsir edəcək”.

 

F.Qaraşov deyib ki, Azərbaycan Rusiyaya, Ukraynaya, həmçinin Avropa ölkələrinə - Polşa, Latviyaya nar ixracını planlaşdırır: “Latviyaya nümunə üçün 20 tona yaxın, Polşaya isə təxminən 40 tona yaxın məhsul ixracı gözlənilir. Bu il biz bu ölkələrlə sınaq olaraq işləməyə başlayacağıq. Bununla yanaşı, Qatar dövləti ilə də nar ixracı istiqamətində danışıqlar aparılır".

 

Xatırladaq ki, Azərbaycan ötən il 9,3 min ton nar ixrac edib, bundanda 12,3 mln ABŞ dolları həcmində gəlir əldə edilib.

 

Xatırladaq ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir.

 

Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

01.10.2019 15:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ