Ən yuxarı (mobil)-2_30

Azərbaycanın sığorta şirkəti iş saatını qısaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın sığorta şirkəti iş saatını qısaldıb

“Atəşgah” Sığorta Qrupu iş saatını otuz dəqiqə qısaltmaqla gündəlik normal iş vaxtını 7,5 saata endirmək haqqında qərar qəbul edib.

 

Reklam_3_11

Qrupun yaydığı press-relizdə bildirilir ki, 01 oktyabr tarixindən etibarən iş vaxtı 09:00-da başlanır, 17:30-da bitir, 13:00-dan 14:00-dək nahar fasiləsi nəzərdə tutulur. Bu qərarla əməkdaşların iş rejimində qısalma olsa da, “Müştəri xidmətləri” və “Çağrı mərkəzləri” üçün hazırlanmış xüsusi iş qrafiki sayəsində, müştərilərə 7/24 xidməti göstərməkdə davam edilir.

 

“Qeyd etmək lazımdır ki, iş saatının qısaldılması barədə qərar şirkətdaxili biznes proseslərin İSO keyfiyyətinin idarə edilməsi standartlarına uyğunlaşdırılmasına və əksər proseslərin avtomatlaşdırılmasına arxalanaraq, habelə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na əsaslanaraq qəbul etmişdir”,- məlumatda deyilir.

 

 “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.

01.10.2019 16:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ