Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tramp: Fed dolları gücləndirdi, emal sektorunu zəiflətdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Fed dolları gücləndirdi, emal sektorunu zəiflətdi

ABŞ Prezidenti Donald Tramp, Fed-i və sədri Powell-ı dolları gücləndirməkdə və emal sektoruna zərər verməkdə günahlandırıb



 
ABŞ Prezidenti Donald Tramp, mərkəzi bank Fed-i və sədri Jerome Powell-ı iqtisadiyyatdakı pis gediş məsələsində bir daha günahlandırıb. 
 

"Marja" xəbər verir ki, Tramp, emal sektorunun sağlamlığını göstərən əsas göstəricilərdən birinin son böhrandan bu yana ən aşağı səviyyəsinə düşməsinin ardından verdiyi açıqlamada, Fed sədri Jerome Pauell və iş yoldaşlarını emal sektoru şirkətlərinə zərər verməklə ittiham edib.
 

Tramp Çərşənbə axşamı "tweet"ində, "Təxmin etdiyim kimi,  Pauell və Fed dolların, xüsusilə bütün digər pul vahidləri qarşısında bu qədər güclənməsinə icazə verdi və istehsalçılarımız bundan mənfi təsirlənir" - deyib.
 

Tramp bu tənqidi, İSM emal sektoru indeksinin 2009-cu ilin İyun ayından bu yana ən aşağı səviyyəsinə düşməsinin ardından edib. Xarici tələbin göstəricisi olan İSM ixrac sifarişləri indeksi isə 2009-cu ilin Mart ayından bəri ən aşağı səviyyə olan 41-ə düşüb. 
 

ABŞ-da emal sektoru, səngiyən qlobal iqtisadi artım, ABŞ və mühüm ticarət tərəfdaşları arasında artan münaqişələr və ixracı daha bahalı hala gətirən dollarda güclənməyə görə çətin bir dövr keçirir. İqtisadçılar ticarət müharibəsinin ən böyük amil olduğunu dilə gətirirlər.
 

İqtisadçılar bildirirlər ki, davam edən ticarət gərginliyi istehsal sektorundakı zəifliyin açıq səbəbidir. 
 

Emal sektorunun yüksək səviyyəli rəhbərləri, ticarət müharibəsinin ixraclarını böhran səviyyələrinə salacağından və onları zavodları bağlamağa məcbur edəcəyindən qorxurlar. 

02.10.2019 08:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ