Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

779 nəfərin sosial yardımı almaq hüququ dayandırılıb - SAXTAKARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
779 nəfərin sosial yardımı almaq hüququ dayandırılıb - SAXTAKARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

 

Reklam_3_11

Nazirliyin mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb.

 

Müəyyən edilib ki, 779 vətəndaşla 855 halda 206 işəgötürən tərəfindən cari ilin yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanıb və həmin müqavilələrə çox qısa müddətə xitam verilib. Məlum olub ki, bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə (20 belə hal) bildiriş elektron sistemə (VEMTAS-a) daxil edildikdən bir neçə saat sonra xitam verilib.

 

Müvafiq olaraq müqavilələrə 37 halda 1 gün, 20 halda 2 gün, 35 halda 3 gün, 28 halda 4 gün, 19 halda isə 5 gün qüvvədə olmaqla ÜDSY təyinatı aparıldıqdan sonra xitam verilib.

 

Həmçinin müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da,  həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib. Həmin müqavilə bağlanılanların hamısı ÜDSY təyinatı aparılanlardır. Araşdırmalar onu deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanılıb.

 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas məqsədlərindən biri də məhz məmur-vətəndaş təmasını aradan qaldırmaq, vətəndaş məmnunluğunu təmin etməklə  aztəminatlı ailələrin ünvanlı sosial yardıma çıxışında ünvanlılıq prinsipinin əsas götürülməsidir. Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davamlı olaraq aparılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək",- məlumatda deyilir.

02.10.2019 08:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ