Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Robotlar ABŞ-da 200 min bankiri işindən edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Robotlar ABŞ-da 200 min bankiri işindən edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Wells Fargo"nun hesabatına görə, texnoloji imkanların artması ABŞ-da on ildə 200 min bankiri işindən edəcək


 

ABŞ-ın iri bank, ipoteka, investisiya, biznes və kommersiya maliyyə xidmətləri provayderi "Wells Fargo & Co." tərəfindən aparılmış bir araşdırmaya görə, texnologiyanın imkanlarının artması gələcək on il ərzində ABŞ bankçılıq sektorunda çalışan 200 minə yaxın insanı işindən edəcək.
 

"Marja" xəbər verir ki, Bankın analitiki Mike Mayo, ABŞ-ın maliyyə şirkətlərinin texnologiya investisiyalarına illik 150 milyard dollar ilə digər bütün sektorlardan daha çox vəsait ayırdığını bildirib. Mayoya görə, bank xərclərinin yarısından çoxunu təşkil edən əməkhaqlarının azalması xərclərin düşməsini təmin edəcək.
 

Araşdırmaya görə, müştəri ilə birbaşa əlaqəsi olmayan departamentlər, çağrı mərkəzi və şöbələrdə çalışanların sayı beşdə bir ilə üçdə bir arasında bir nisbətdə azalma qeyd edir. Texnologiya ilə bağlı mövqelər, satış və məsləhət mövqeləri bu vəziyyətdən daha az təsirlənir.
 

02.10.2019 10:24

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ