Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İsrail Misirə təbii qaz ixracını artırmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsrail Misirə təbii qaz ixracını artırmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsrailin ən böyük təbii qaz sahələrini işlədən şirkətlər misirli müştərisinə satışı artırmağa qərar veriblər.
 

"Marja" xəbər verirki, Təl-Əviv Qiymətli Kağızlar Birjasında Çərşənbə günü yer alan açıqlamaya görə, "Leviathan" və "Tamar" yataqlarının ortaqları - "Delek Group Ltd" (İsrail) və "Noble Energy Inc." (ABŞ) Misirin "Dolphinus Holdings Ltd." şirkətinə 15 il ərzində 85.3 milyard kubmetr təbii qaz satacaqlar. Bu miqdar, 2018-ci ildə razılaşdırılmış miqdardan təxminən 35 faiz çoxdur. 10 illik müqavilənin dəyəri 15 milyard dollar idi.
 
İsrail qazı Misirə gələn ilin əvvəlində axmağa başlayacaq və 2022-ci ilin yazına qədər mərhələli olaraq hər iki sahədə də 7 milyard kubmetr həcminə çatacaq.
 

Müqavilə iki ölkə arasındakı iqtisadi əlaqələri gücləndirərkən, İsrailə şərqi Aralıq Dənizdə çıxardığı təbii qaz üçün yeni bir ixrac bazarı qazandıracaq.
 

İngiltərənin enerji tədqiqat və məsləhət şirkəti "Wood Mackenzie"yə görə, Misirdə təbii qaza olan daxili tələbat gələcək iyirmi ildə sabit şəkildə 30 faiz həcmində artım qeyd edəcək.

02.10.2019 10:35

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ