Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avropanın ən böyük iqtisadiyyatı üçün proqnozlar pisləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropanın ən böyük iqtisadiyyatı üçün proqnozlar pisləşdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın qabaqcıl beş araşdırma institutu, Avropanın ən böyük iqtisadiyyatı üzrə iqtisadi artım proqnozlarını azaldıblar. Almaniyada istehsalçılar azalan qlobal tələb və hələ də davam edən ticarət münaqişəsi səbəbilə çətinlik çəkirlər.
 

"Marja" xəbər verir ki, Berlində Çərşənbə günü nəşr olunan hesabata görə, institutların mütəxəssisləri Almaniya iqtisadiyyatının 2020-ci ildə 1.1 faiz artacağını gözləyirlər. İldə iki dəfə nəşr olunan hesabatın Aprel sayındakı gözlənti 1.8 faiz artım idi. Hesabat, rəsmi proqnozların da əsasını təşkil edir.
 

Reklam_3_11

Alman proqnozçular bu il üçün artım proqnozunu 0.8%-dən 0,5%-ə endiriblər. Bu, 2013-cü ildən bu yana ən pis performansdır. Mütəxəssislər Almaniyanın üçüncü rübdə yəqin ki, kiçildiyini, yəni Almaniya iqtisadiyyatının ikinci rübdəki 0.1% azalmanın ardından sonra texniki durğunluğa girdiyini əlavə ediblər.

 

"İnkişafın ləngiməsinin səbəbləri əsas etibarilə sənaye istehsalıdır", - deyən proqnozçular, istehsalın ötən ilin ortalarından bəri azalmasına və xüsusilə də mühüm bazarlarda sərmayə mallarına tələbin zəiflədiyinə diqqət çəkiblər. 
 

 Beş institut bu şəkildədir: DIW (Berlin), IWH (Halla), Ifo (Münhen), Ifw (Kiel), RWI (Essen).

02.10.2019 10:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ