Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Rusiya Mahaçqala-Bakı sürət qatarını istifadəyə verməyi planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Rusiya Mahaçqala-Bakı sürət qatarını istifadəyə verməyi planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan və Rusiya Mahaçkala-Bakı istiqamətində sürət qatarını istifadəyə verməyi planlaşdırır. Bu barədə RF Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev məlumat verib.


 

Reklam_3_11

Bakı-Mahaçqala qatarı Sankt-Peterburq-Helsinki sürət qatarlarının nümunəsi ilə işləyəcək.

 

Bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında jurnalistlərə bildirib.

 

O deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur. V.Vasilyevin fikrincə, bu, qarşılıqlı turist axının artırılmasına kömək edəcək.

 

Dağıstanın başçısı əlavə edib ki, bu məsələ Azərbaycan və Rusiya müvafiq nazirliklərinin Dərbənddə keçirilən görüşündə müzakirə olunub.

 

O, həmçinin bildirib ki, bir çox müsəlman məbədlərinin yerləşdiyi qədim Dərbənd şəhərinin turizm mərkəzinə çevrilməsi üçün plan hazırlanır.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac

02.10.2019 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ