Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Volkswagen Türkiyədə şirkət qurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volkswagen Türkiyədə şirkət qurdu

Uzun müddətdir Türkiyədə zavod tikəcəyi gündəmdə olan Volkswagen Manisada şirkət qeydiyyatdan keçirib.


 

Reklam_3_11

Almaniyanın Volkswagen şirkətinin Türkiyənin Manisa şəhərində 943,5 milyon lirə nizamnamə kapitalı ilə şirkət qurduğu bildirilir.

 

"Marja" "Bloomberg News"a istinadən xəbər verir ki, şirkətin adı "Volkswagen Turkey Otomotiv Sanayi ve Ticaret AŞ"dir. 

 

Qeyd edək ki, yeni zavodu üçün yer axtarışında olan Volkswagen (VW) Türkiyə və Bolqarıstan arasında seçim edəcək. Qəti qərarın noyabr ayında keçiriləcək toplantıda veriləcəyi gözlənilir. Peşəkar işçilər və infrastrukturu baxımından Türkiyənin şansının yüksək olduğu qeyd edilir.  

 

22 il sonra ilk dəfə bir avtomobil markasının Türkiyəyə girişinin sektora çox ciddi bir təkan verəcəyi, əsas sənaye və yan sənaye daxil 15 minə yaxın məşğulluq təmin edəcəyi bildirilir. 

 

Xəbərin ardınca Volkswagen-in Türkiyə distributoru " Doğuş Otomotiv" şirkətinin səhmləri bahalaşıb.

 

02.10.2019 11:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ