Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Əcnəbi avtomobilçilər üçün Ukrayna yollarından istifadəyə görə ödəniş tətbiq edilməsi planlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əcnəbi avtomobilçilər üçün Ukrayna yollarından istifadəyə görə ödəniş tətbiq edilməsi planlaşdırılır

Ukraynada əcnəbi avtomobilçilər üçün yollarından istifadəyə görə ödəniş tətbiq edilməsi planlaşdırılır.

 

Ukrayna KİV-ləri xəbər verir ki, Ukraynanın infrastruktur naziri Vladislav Krikli bu məlumatı Nikolayev şəhərində keçirilən müşavirədə açıqlayıb.

 

Nazir deyib: “Biz Ukrayna yollarında əcnəbilər üçün gediş-gəlişin pullu olmasını planlaşdırırıq, çünki onlar heç də həmişə aksiz almır və aksiz haqqı ödəyən bizim avtomobilçilərə münasibətdə ədalətsizlik yaranır. Məsələn, xarici nömrə nişanlı, yanacaq çəni dolu olan böyük fura Ukraynaya gəlir, bizim yollarda bir neçə min kilometr məsafə qət edir və buna görə heç nə ödəmir. Bu səbəbdən müəyyən mexanizm hazırlamağı planlaşdırırıq və ümidvarıq ki, deputatlar bu təklifi dəstəkləyəcəklər”.

 

V.Krikli qeyd edib ki, gələn il Ukrayna yolları üçün dövlət büdcəsindən əlavə vəsait alınması planlaşdırılır.

Nazir vurğulayıb: “Biz qarşıya ambisiyalı bir hədəf qoymuşuq – beş il ərzində 24000 kilometr yol təmir edilməlidir. Bu hədəfə çatmaq istəyiriksə, yol fondundan əlavə ümumi fonddan da vəsait alımalıyıq. Bunun üçün müvafiq resurslar var”.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Azərtac"

02.10.2019 15:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ