Ən yuxarı (mobil)_30

“Amrahbank”dan 77 yaşlı Bakı sakinin iddialarına reaksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrahbank”dan 77 yaşlı Bakı sakinin iddialarına reaksiya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"02.10.2019-cu il tarixində media saytlarının birində 77 yaşlı Bakı şəhər sakini Burlaçuk Qalina Andreyevnanın müraciəti əsasında yayımlanmış məlumat həqiqətə uyğun deyil". 

 

Bu, barədə “Amrahbank”ın açıqlamasında deyilir.

 

Müraciətə əsasən bildirilir ki, guya 2006-2008-ci il tarixlərində Qalina Burlaçuk “Amrahbank” ASC-yə əmanət  kimi pul vəsaiti yerləşdirmiş və bank da həmin pulları mənimsəmişdir.

 

“Amrahbank” ASC edilən müraciətlə əlaqədar olaraq bildirir ki,  Bakı Apellyasiya məhkəməsinin Mulki Kollegiyasının 29.12.2016-cı il tarixli və Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-2947/2017 saylı 09 iyun 2017-ci il tarixli qərarlarında tam sübuta yetirilmişdir ki, Burlaçuk Qalina “Amrahbank” ASC-yə hec bir əmanət yerləşdirməmişdir:

 

“Qətnamədə qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Burlaçuk Qalina Aleksandrovnaya ünvanlanmış 07.08.2012-ci il tarixli məktubdan müəyyən olunur ki, Qalina Burlaçukun adına  "Amrahbank" ASC-nin balansında heç bir məlumat mövcud deyil və onun adına əmanət hesabı açılmamışdır.

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2014-cü il tarixli 2703 saylı rəyindən də  müəyyən olunur ki, Burlaçuk Qalina Aleksandrovna ilə bağlanmış əmanət müqavilələri saxtalaşdırılıb.

 

Xatırladırıq ki, "Amrahbank" ASC Azərbaycan banklarıı arasında özünəməxsus yeri olan, düzgün bank siyasəti aparan ən etibarlıı banklardan biridir”.

02.10.2019 16:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ