Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Gecə neft kəskin ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gecə neft kəskin ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal iqtisadiyyatın zəifləməkdə olduğu barədə işarələr ilə əlaqədar olaraq neft qiymətləri düşür.


Qlobal iqtisadi inkişafın ləngiməsilə ilə neftə tələbin azaldığı bir dövrdə ABŞ-da xam neft ehtiyatları artıb. Ötən həftə ABŞ-da xam neft ehtiyatları 3,1 milyon barel artıb. İqtisadçılar artımın 2,4 milyon barel olacağını gözləyirdilər.

Reklam_3_11

 

Həmçinin ABŞ 7,5 milyard dollarlıq Avropa Birliyi (AB) məhsuluna 10-25 faiz arasında əlavə gömrük rüsumları tətbiq edəcək.

 

"Marja" xəbər verir ki, Brent nefti 2 faizdən çox ucuzlaşıb və bareli 57,24 dollara, ABŞ xam nefti isə 1,5%-dən çox ucuzlaşaraq 52.21 dollara düşüb.

 

İndi xam neft qiymətləri, Səudiyyə Ərəbistanına təşkil edilən və ölkə istehsalının müvəqqəti olaraq 50 faiz azalmasına səbəb olan 14 Sentyabrdakı hücumlardan əvvəlki səviyyələrdən də aşağıdır. Digər tərəfdən, ABŞ-da emal sektoru göstəricisinin 10 ilin ən aşağı səviyyəsinə enməsi, neftə tələbin daha da azalacağı ehtimalını gücləndirir.

 

Almaniyanın qabaqcıl beş araşdırma institutu, Avropanın ən böyük iqtisadiyyatı üzrə iqtisadi artım proqnozlarını azaldıblar. Almaniyada istehsalçılar azalan qlobal tələb və hələ də davam edən ticarət münaqişəsi səbəbilə çətinlik çəkirlər.

 

Alman proqnozçular bu il üçün artım proqnozunu 0.8%-dən 0,5%-ə endiriblər. Bu, 2013-cü ildən bu yana ən pis performansdır. Mütəxəssislər Almaniyanın üçüncü rübdə yəqin ki, kiçildiyini, yəni Almaniya iqtisadiyyatının ikinci rübdəki 0.1% azalmanın ardından sonra texniki durğunluğa girdiyini əlavə ediblər.

03.10.2019 06:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ