Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda dünyada 2-ci fındıq istehsalçısı ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dünyada 2-ci fındıq istehsalçısı ola bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakıda "Strateji məhsul" mövzusunda beynəlxalq seminar keçirilir.

 

Reklam_3_11

 Azərbaycan Sahibkarlar Konfederasiyasının, İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasının, İslam İnkişaf Bankının təşkilatçılığı ilə baş tutmuş tədbir pomidorçuluğun və fındıqçılığın inkişafına həsr olunub.

 

Seminarı giriş sözü ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə açıb. O bildirib ki, nazirliyin əsas missiyalarından biri ölkədə aqrar sektora aid analitik baza formalaşdırmaqdır.

 

“Aqrar Tədqiqatlar Mərkəzinin pomidorçuluq və fındıqçılıq sahələri üzrə təhlilləri var. Yaxın vaxtlarda ölkədə 84 min hektara qədər ərazidə fındıq əkini sahələri formalaşdırılacaq. İntensiv texnologiyalar tətbiq etməklə hər hektardan 1,5 ton məhsul ala bilərik ki, bununla da Azərbaycan fındıq istehsalına görə dünyada Türkiyədən sonra 2-ci ölkə ola bilər”, - deyə nazirlik rəsmisi qeyd edib.

 

Bundan başqa, F.Fikrətzadənin sözlərinə görə, hazırda Türkiyə Azərbaycan və Gürcüstanla fındıq istehsalında qiymət siyasətinə, eləcə də xəstəliklərlə mübarizəyə dair müzakirələr aparır.

 

Beynəlxalq Qoz və Quru Meyvə Şurasının məlumatına görə, Azərbaycan dünyada fındıq istehsal edən ölkələrin ilk 5-liyinə daxildir. Qlobal fındıq istehsalının 4%-i ölkəmizin payına düşür. Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 74 min hektardır. Ötən il ölkədə 45,5 min ton fındıq istehsal edilib. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

03.10.2019 08:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ