Milli Depozit Mərkəzinin dövriyyəsi azalıb

Milli Depozit Mərkəzində (MDM) bu ilin yanvar-fevral aylarında 524 əqd dövlət qeydiyyatına alınıb.

 

Bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 185 ədəd və yaxud 54,6% çoxdur.

 

İlk iki ayda qeydə alınmış əqdlərin 83,2%-i və yaxud 436-sı birjada, 8,6%-i və yaxud 45-i birjadankənar, 8,2%-i və 43-ü isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. Əvvəlki ilə nisbətən birja əqdlərinin sayı 91,2% dəfə və yaxud 208 ədəd artıb, birjadankənar əqdlərin sayı 40,8% və yaxud 31 ədəd azalıb, əlavə emissiya əqdlərinin sayı isə 22,9% və yaxud 8 ədəd artıb.

 

Hesabat dövründə MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 1 277 263 985 manat olub. Bu, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 5,4% və yaxud 65 278 947 manat çoxdur.

 

Təhlil olunan dövr ərzində ümumi dövriyyənin 13,6%-i və yaxud 174 489 525 manatı birjada, 14,5%-i və yaxud 184 811 860 manatı birjadankənar, 71,9%-i və yaxud 918 962 600 manatı isə əlavə emissiya üzrə formalaşıb. Əvvəlki ilə nisbətən birja dövriyyəsi 2,1 dəfə və yaxud 91 017 191 manat, birjadankənar dövriyyə 69% və yaxud 75 470 989 manat artıb, əlavə emissiya dövriyyəsi isə 9,9% və yaxud 101 209 233 manat azalıb.

 

Bu ilin ilk iki ayında MDM 5 emitentlə müqavilə bağlayıb. Bu, ötən ilin analoji dövrü lə müqayisədə 44,5% və yaxud 4 vahid azdır.

 

Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir.

 

© Report

28 Mart 2017 , 10:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin